
BAKI, 2 aprel. TELEQRAF
50 ABŞ senatorundan ibarət qrup Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləməyə hazırdır.
Teleqraf xəbər verir ki, Rusiya Ukrayna ilə sülh danışıqlarından imtina edərsə, sanksiyalar onun müttəfiqlərinə də şamil olunacaq.
Belə ki, sözügedən halda Rusiyadan neft, qaz və uran alan ölkələrdən malların idxalına 500 faizlik rüsumların tətbiq ediləcək.
Senatorların birgə bəyanatında deyilir: “Rusiya Ukrayna ilə davamlı sülh üçün xoşməramlı danışıqlardan imtina edərsə, bu sanksiyalar qüvvəyə minəcək... Qanunvericiliklə həmçinin Rusiyadan neft, qaz, uran və digər məhsullar alan ölkələrdən idxal olunan mallara 500 faizlik rüsum tətbiq ediləcək”.
Təşəbbüskarlar sırasında ABŞ-nin həm Respublikaçılar, həm də Demokratlar partiyalarının nümayəndələri var.