
BAKI, 1 aprel. TELEQRAF
"Rusiya və Çin arasında əməkdaşlıq heç vaxt üçüncü tərəflərə qarşı olmayıb və kənar təsirlərə açıq deyil".
Teleqraf xəbər verir ki, bunu Çinin Xarici İşlər Naziri (XİN) Vanq Yi deyib.
"Rusiya və Çin arasındakı dostluq fürsət deyil, uzunmüddətli xarakter daşıyır. Rusiya və Çin əməkdaşlığının gələcək inkişaf üçün geniş perspektivlərə malikdir. Biz ikitərəfli münasibətlərin inkişafında dayanmayacağıq, bizi qarşıda geniş imkanlar gözləyir”, - deyə nazir bildirib.