BAKI, 1 aprel. TELEQRAF

Ukraynada xarici idarəetmənin tətbiqi müvəqqəti administrasiya şəklində, ölkədə uzunmüddətli sülhün təmin olunmasının yeganə yolu olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın keçmiş Baş naziri (2010-2014) Nikolay Azarov bildirib.

"Rusiya Prezidenti Vladimir Putinin Ukraynada xarici idarəetmənin tətbiqi barədə verdiyi bəyanat, bu vəziyyətdən çıxışın yeganə real yoludur, çünki həm amerikalılar, həm də ruslar yaxşı başa düşürlər ki, hazırkı rejim qanunsuzdur. Bu rejim uzunmüddətli sülhü təmin etməyə qadir deyil”,- o qeyd edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada BMT və bir sıra ölkələrin himayəsi altında müvəqqəti idarəetmənin tətbiqini təklif edib.