
BAKI, 1 aprel. TELEQRAF
Rusiya və ABŞ Ukraynada münaqişənin həlli məsələsi üzrə danışıqları davam etdirir, lakin müzakirə olunan məsələlər çox mürəkkəbdir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov.
"ABŞ ilə əlaqələrimizi davam etdiririk. Müzakirə etdiyimiz mövzular çox mürəkkəbdir və Ukrayna münaqişəsinin həlli ilə əlaqədar danışdığımız məsələlər əlavə böyük səylər tələb edir”,- o qeyd edib.