BAKI, 1 aprel. TELEQRAF

Avropa İttifaqı (Aİ) ABŞ-nin tariflərinə cavab olaraq öz daxili bazarını gücləndirəcək.

Teleqraf xəbər verir ki, bu fikirləri Avropa Komissiyasının (AK) sədri Ursula Fon der Leyen Strasburqda Avropa Parlamentinin sessiyasında çıxışı zamanı səsləndirib.

Lyayen qeyd edib ki, blok daxilindəki ticarət maneələri aradan qaldırılacaq.

“ABŞ-nin tariflərinə cavabımız Avropa bazarının birliyini möhkəmləndirmək olmalıdır”, - deyə sədr vurğulayıb.

Onun sözlərinə görə, AK sərt cavab tədbirlərini nəzərdə tutan plan hazırlayıb, lakin ilk növbədə danışıqlar yolu ilə həll tapmaq istəyir: “Aİ bu qarşıdurmaya səbəb olmayıb, biz bunu səhv addım hesab edirik. Lakin Aİ-nin vahid bazarını qorumaq üçün bütün vasitələri var.

Xatırladaq ki, ABŞ administrasiyası hazırda Aİ-dən idxal olunan polad, alüminium, avtomobil və avtomobil hissələrinə 25%-lik tarif tətbiq edib.

Aprelin 2-dən etibarən isə yarımkeçiricilər, tibbi preparatlar və ağac materialları üzrə yeni rüsumların elan ediləcəyi gözlənilir.