
BAKI, 1 aprel. TELEQRAF
"Rusiya və ABŞ fevralın sonunda İstanbulda keçirilən görüşə bənzər yeni bir ekspert görüşü hazırlayır".
Teleqraf TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.
"İstanbulda görüş oldu. Hazırda ikinci görüşə hazırlıq işlər gedir. Bu arada telefon və videokonfranslar vasitəsilə təmaslar davam edir. Biz irəliləyişlərin olduğunu görürük", - o qeyd edib.