BAKI, 2 aprel. TELEQRAF

Ermənistan Kommunist Partiyasının Gümrü meri vəzifəsinə namizədi Vardan Qukasyana aid səs yazısı ilə bağlı cinayət işi açılıb.

Teleqraf xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Baş prokurorluqdan məlumat verilib.

Söhbət martın 26-da internetdə yayılan səs yazısından gedir. Həmin səsyazmada Qukasyan müəyyən adamların toplanmasını tələb edir, onları “problemlərlə” hədələyir.