
BAKI, 1 aprel. TELEQRAF
Əgər ABŞ Prezidenti Donald Tramp Ukraynada sülhə mane olanın Rusiya lideri Vladimir Putin olduğuna qərar verərsə, o, Moskvanı sanksiyalarla vuracaq və Kiyevə hərbi dəstəyi artıracaq.
Teleqraf xəbər verir ki, bunu “The Washington Post” un (WP) köşə yazarı Mark Tissen deyib.
“Reallıq ondan ibarətdir ki, Rusiya iqtisadi və hərbi cəhətdən zəifdir və onun Ukrayna üzərində qələbəyə aparan yolu yoxdur. Putinin əlində kartları yoxdur, hamısı Trampdır. Amerika lideri də o kartları oynamağa hazırlaşır”, - jurnalist qeyd edib.
Tissen hesab edir ki, Trampın məyusluğu Putinin Ukrayna Prezidenti Volodimir Zelenskinin istefasını və Ukraynada keçid hökumətinin yaradılmasını müharibəni dayandırmaq üçün şərt kimi tələb etməsindən sonra pik həddə çatıb:
“Putin anlamır ki, tələblər irəli sürmək iqtidarında deyil. Rusiya həm iqtisadi, həm də hərbi baxımdan inanılmaz dərəcədə zəifdir. Bu isə o deməkdir ki, Tramp bu danışıqlarda bütün kartları əlində saxlayır”.
Amerikalı jurnalist əlavə edib ki, Rusiya tükənib və bu, Trampa böyük üstünlük verir:
“Əgər Putin sülhlə bağlı tələblərindən əl çəkməsə, Tramp Moskvaya İran tipli maksimum təzyiq kampaniyasına başlaya bilər ki, bu da Rusiyanı diz çökdürəcək”.