
BAKI, 1 aprel. TELEQRAF
Almaniya xarici işlər naziri Annalena Berbok Ukraynanın paytaxtı Kiyevə gözlənilməz səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə Almaniya XİN məlumat yayıb.
Qeyd olunub ki, rəsmi Berlin Ukraynaya əlavə 130 milyon avro yardım ayıracaq.
“Bu vəsait humanitar yardım və sabitləşdirmə tədbirləri üçün nəzərdə tutulub”, - XİN rəhbəri bildirib.
Xatırladaq ki, bu, Annalena Berbokun nazir postunu tutduqdan sonra Ukraynaya 11-ci, Rusiyanın xüsusi hərbi əməliyyatın başlanmasından sonra isə 9-cu səfəridir.