
BAKI, 1 aprel. TELEQRAF
UEFA Gənclər Liqasının 1/4 final mərhələsində 19 yaşadək futbolçulardan ibarət “Trabzonspor” klubu İtaliya “İnter”i ilə qarşılaşıb.
Teleqraf xəbər verir ki, Türkiyə təmsilçisi 1:0 hesabı ilə qələbə qazanaraq, yarımfinala yüksəlib. “Trabzonspor” Türkiyə futbol tarixində belə nailiyyət qazanan ilk komanda olub.
Trabzonluların yarımfinaldakı rəqibi “Olimpiakos"u mübarizədən kənarlaşdıran “Zaltsburq” klubu olacaq. Yarımfinal oyunları İsveçrədə baş tutacaq.