TBİLİSİ, 1 aprel. TELEQRAF

Gürcüstanda 18 yaşlı azərbaycanlı gənc odlu silahla özünü öldürüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Marneuli rayonunun Algeti (Gorarxı) kəndində baş verib.

Hadisənin təfərrüatları və soydaşımızın intihar səbəbi hələ bilinmir.

Faktla bağlı istintaq tədbirlərinə başlanılıb.