
BAKI, 2 aprel. TELEQRAF
“Real Madrid” İspaniya Kubokunun finalına vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, təkrar yarımfinal oyununun əsas vaxtında madridlilər yerli azarkeşləri önündə “Real Sosyedad”a uduzub (3:4). İlk matçda “Real Madird” səfərdə 1:0 hesabı ilə qələbə qazandığından, finala vəsiqənin taleyi əlavə vaxtda bəlli olub.
Qarşılaşmanın 115-ci dəqiqəsində türk ulduz Arda Gülərin ötürməsini qola çevirən Antonio Rudiger “Kral klubu”nu finala daşıyıb. Beləliklə, ümumi hesabda 5:4 qalib gələn “Real Madrid” mübarizəni davam etdirir.
Karlo Ançelottinin yetirmələrini həlledici oyunda bu gün baş tutacaq “Atletiko” – “Barselona” qarşılaşmasının qalibini gözləyir. Bu komandalar arasında Barselonada keçirilən ilk görüşdə qalib müəyyənləşməyib (4:4).