BAKI, 1 aprel. TELEQRAF

Sumqayıt şəhərində sexdə yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 5000 kv.m olan şüşə istehsalı sexinin ərazisində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən sexin digər sahələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin əritmə sobası ətrafında 150kv.m. sahə yanıb.

Sexin böyük hissəsi yanğından mühafizə olunub.