BAKI, 24 mart. TELEQRAF

"İsrail bütün girovlar azad edilənə qədər HƏMAS-a qarşı əməliyyatları davam etdirəcək".

Teleqraf xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.

"Girovlarımız azad olunana, HƏMAS artıq Qəzza zolağına nəzarət etməyənə və İsrail üçün heç bir təhlükə yaratmayana qədər biz dayanmayacağıq", - deyə Katz bildirib.

O əlavə edib ki, İsrail HƏMAS-a qarşı mübarizədə onu məğlub edəcək:

"İsrail Qəzzadakı mülki şəxslərlə döyüşmür, beynəlxalq hüququn tələblərinə uyğun olaraq mülki əhaliyə zərəri minimuma endirmək üçün bütün lazımi addımları atılır. HƏMAS mülki geyimdə gizlənir, mülki binalardan istifadə edir və mülki şəxslərin arxasında döyüşərək onları təhlükəyə atır. Nəticədə, mülki əhali ağır itkilər verir. Buna görə də biz Qəzza sakinlərini döyüş bölgələrini tərk etməyə çağırırıq".