
BAKI, 26 mart. TELEQRAF
Rusiya Qaqauziya rəhbəri Yevgeniya Qutsulun həbsi ilə bağlı qanuna əməl ediləcəyini gözləyir.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Moldovada Rusiya ilə konstruktiv münasibətləri müdafiə edən siyasətçilərə və jurnalistlərə təzyiqlər artır.
"İstənilən qərəzsiz müşahidəçiyə aydındır ki, Rusiya Federasiyası ilə dialoqun tərəfdarı olanlar ən güclü təzyiqə məruz qalanlardır. Qutsul da onlardan biridir. Ümid etmək istərdim ki, bu işdə azadlıqların müdafiəsi prinsiplərinə riayət olunacaq. Yevgeniya Qutsul siyasi təzyiqin qurbanı oldu", - Zaxarova bildirib.
Qeyd edək ki, Qaqauziya rəhbəri Yevgeniya Qutsul Kişinyov aeroportunda saxlanılıb.