BAKI, 26 mart. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin ATƏT-in Minsk Qrupunun ləğvini müzakirə etməyə hazır olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, parlamentdəki çıxışında bildirib.

Paşinyan Minsk Qrupunun ləğvinin müzakirəsini Ermənistanın Azərbaycanla sülh sazişi imzaladıqdan sonra və ya ondan əvvəl aparacağına dair dəqiq bir şey deməyib.