.jpg)
BAKI, 26 mart. TELEQRAF
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra bazarlarda yaranan qarışıqlığın ardından Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək və Türkiyə Mərkəzi Bankının(TMB) sədri Fatih Karahan xarici fond rəhbərləri ilə görüşüb.
Teleqraf Türkiyənin "Ekonomim" nəşrinə istinadən xəbər verir ki, TMB sədri Fatih Karahan bazarlardakı qarışıqlığı sakitləşdirmək üçün lazım olan hər şeyi edəcəklərini bildirib. Karahan, bu vəziyyətin müvəqqəti olduğunu bildirib.
O, İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan istintaqın ilk üç günündə bazarlardakı şokun qarşısını almaq üçün TMB-nin nə qədər valyuta satdığı ilə bağlı məlumatları da paylaşıb.
İclasda iştirak edən mənbələrdən əldə edilən məlumata görə, ilk gün, yəni martın 19-da 10 milyard dollar, ikinci gündə isə 3 milyard dollarlıq satış edilib. Bazardan ən yüksək tələb üçüncü gün - martın 22-də olub. Həmin gün TMB 12 milyard dollar satıb.
Beləliklə, 3 gündə cəmi 25 milyard dollar satılıb.