
BAKI, 26 mart. TELEQRAF
İsveçin Baş naziri Ulf Kristersson ölkəsinin İkinci Dünya müharibəsindən bəri ən ciddi təhlükəsizlik təhdidi ilə üzləşdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə mətbuat konfransında bildirib.
Baş nazir qeyd edib ki, növbəti 10 il ərzində müdafiə silahlarına 300 milyard kron (29,8 milyard dollar) əlavə sərmayə qoyulacaq.
Kristersson "Soyuq müharibə" dövründən sonra İsveçin müdafiə sahəsinə ən böyük sərmayəni qoyacağını qeyd edib.
Baş nazir, İsveçin NATO üzvü olan bir ölkə olaraq ümumi daxili məhsulunun (ÜDM) 2,4 faizini müdafiə xərclərinə ayırdığını bildirib. 2030-cu ilə qədər isə bu xərclərin ÜDM-in 3,5 faizinə çatdırılacağı planlaşdırılır.