BAKI, 26 mart. TELEQRAF

NATO-nun baş katibi Mark Rutte bildirib ki, əgər Rusiya Polşaya və ya hər hansı digər NATO müttəfiqinə hücum edərsə, alyansın cavabı dağıdıcı olacaq.

Teleqraf xəbər verir ki, Rutte bu açıqlamanı Polşanın paytaxtı Varşavada Baş nazir Donald Tusk ilə keçirdiyi mətbuat konfransında verib.

O söyləyib ki, Polşa ÜDM-in 4,7 faizini müdafiəyə ayırır və bu, digər NATO üzvləri üçün nümunə olmalıdır. Rutte Rusiyanın Avropaya qarşı təhdidinin davam etdiyini və getdikcə daha təhlükəli dünyada müdafiə xərclərinin artırılmasının vacibliyini qeyd edib.

"NATO hər bir üzvünü qorumaq öhdəliyinə sadiqdir və əgər kimsə, Polşaya və ya digər müttəfiqə hücum etməklə nəticəsiz qalacağını düşünürsə, ağır səhvə yol verir. Bizim cavabımız dağıdıcı olacaq. Bu, Vladimir Putin və bizə hücum etmək istəyən hər kəs üçün çox aydın olmalıdır".