BAKI, 26 mart. TELEQRAF

"Tokio-2020" Yay Paralimpiya Oyunlarının rusiyalı gümüş medalçısı Aleksandr Rabotnitski Ukrayna ilə müharibədə ölüb.

Teleqraf xəbər verir ki, 31 yaşlı idmançı döyüş zonasında kəşfiyyat bölüyünün komandiri olub.

O, martın 23-də həyatını itirsə də, məlumat indi yayılıb. Lakin paralimpiyaçının harada və hansı şəraitdə öldüyü bəlli deyil.

Qeyd edək ki, Aleksandr Rabotnitski pandemiya ilə əlaqədar 2021-ci ildə keçirilmiş "Tokio-2020" Yay Paralimpiya Oyunlarında T20 (zehni problemli idmançılar) kateqoriyasında 1500 metr məsafəyə qaçış növündə ikinci yeri tutub. O, həmçinin analoji məsafədə 2019-cu ildə dünya çempionu, eləcə də iki dəfə Avropa çempionu olub.