BAKI, 26 mart. TELEQRAF

Cənubi Koreya Çinin Sarı dənizdəki fəaliyyətini izləmək üçün dənizdə üzən platformanı işə salıb.

Teleqraf "Yonhap"a istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın okeanlar və balıqçılıq naziri Kanq Do-hyung parlamentin qanunvericilik komitəsinin iclasında bildirib.

O qeyd edib ki, Cənubi Koreya ərazidə sabit və böyük üzən strukturlar quraraq ətraf mühitlə bağlı araşdırma aparmağa başlayıb və Çinin fəaliyyətlərini yaxından izləyir.

Çin səfirliyi isə, məsələyə cavab olaraq qeyd ki, Pekin tərəfindən Sarı dənizdə inşa edilən strukturlar balıq təsərrüfatlarıdır və heç bir müqavilə pozulmayıb. Həmçinin iki ölkənin əlaqələrinin indiyədək yaxşı və problemsiz olduğu vurğulanıb və məsələnin siyasiləşdirilməməsi tövsiyə edilib.