
BAKI, 26 mart. TELEQRAF
Mingəçevirdə zəlzələ olub.
Teleqraf xəbər verir ki, bu barədə Respublika Seymoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yeraltı təkan Mingəçevir stansiyasından 46 km şimal-qərbdə, Samux rayonunda (Mingəçevir su anbarı) zəlzələ qeydə alınıb.
Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
***
17:35
BAKI, 26 mart. TELEQRAF
Samux rayonunda zəlzələ olub.
Bu barədə Teleqraf-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 17:09-da 10 kilometr dərinlikdə qeydə alınıb.