
BAKI, 26 mart. TELEQRAF
Litvanın Pabrade şəhərində keçirilən təlimdən sonra dörd Amerika əsgəri itkin düşüb.
Teleqraf xəbər verir ki, bu barədə "Delfi Lithuania"nın yaydığı məlumatda bildirilib.
Əsgərlərlə bərabər, bir yanacaq çəninin də yoxa çıxdığı məlum olub.
Hadisə ilə bağlı araşdırmalar başlanılıb, lakin hələ ki, itkinlərin axtarılması və mümkün səbəblər barədə ətraflı məlumat verilmir.