BAKI, 26 mart. TELEQRAF

Qana dövlətinin qızıl qaçaqmalçılığından 2022-ci ildə təxminən 1,2 milyard dollar gəlir itirdiyini açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Qananın maliyyə naziri Cassiel Ato Forson paytaxt Akkrada Böyük Britaniya-Qana Qızıl Proqramının rəsmiləri ilə görüşündən sonra sosial media hesabında məlumat paylaşıb.

Nazir qeyd edib ki, 2022-ci ildə Qanadan qeyri-qanuni olaraq 60 ton qızıl çıxarılıb. Bu qaçaqmalçılıq ölkəni əhəmiyyətli valyuta və dövlət gəlirlərindən məhrum edib.

Qızıl qaçaqmalçılığının qarşısını almaq və ölkənin qızıl ehtiyatlarından daha yaxşı faydalanmasını təmin etmək məqsədilə Qana Qızıl Şurası (GoldBod) adlı yeni tənzimləyici orqanın yaradılacağı açıqlanıb.

Qeyd edək ki, Qana tarixən "Qızıl körfəzi" olaraq tanınır və Afrika qitəsinin ən çox qızıl istehsal edən ölkələrindən biridir.