BAKI, 26 mart. TELEQRAF

Ermənistan xalqı daha Qarabağın respublikaya birləşdirilməsini müdafiə etməməlidir.

Teleqraf "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.

O bəyan edib ki, Ermənistan 1988-ci ildə Qarabağın ölkəyə birləşdirilməsi üçün başlayan "Qarabağ hərəkatı"nı davam etdirməməlidir.

Onun sözlərinə görə, bu hərəkat əvvəllər Ermənistan dövlətçiliyinin qurulmasına mane olmaq üçün istifadə edilib.