BAKI, 26 mart. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və ailəsini təhqir etdiyi müəyyən edilən şübhəli şəxs saxlanılıb.

Teleqraf “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Prezidenti təhqir” cinayətini törədən şübhəlilər haqqında araşdırma başlayıb.

Məlumata görə, Fatih Fevzipaşa küçəsində bir şəxsin Prezidentə və anasına qarşı təhqiramiz ifadələr işlətdiyi müəyyən edilib.

Şəxsiyyəti təsbit edilən H.K. (30) polis tərəfindən tutulub.

Digər şübhəlilərin tutulması istiqamətində araşdırmalar davam edir.