BAKI, 26 mart. TELEQRAF

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsini icra edəcək şəxs bəlli olub.

Teleqraf xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu “korrupsiya” istintaqı çərçivəsində həbs olunduqdan sonra Daxili İşlər Nazirliyinin qərarı ilə vəzifəsindən uzaqlaşdırılıb.

İstanbul Valiliyinin qərarı ilə bələdiyyə sədrinin vəkilini seçmək üçün bu gün İstanbul Böyükşəhər Bələdiyyə Məclisi toplaşıb.

Səsvermə nəticəsində bu vəzifəyə CHP üzvü Nuri Aslan seçilib.

Qeyd edək ki, 1969-cu ildə Sivasda anadan olan Nuri Aslan ibtidai və orta təhsilini İstanbulda başa vurub. 1990-cı ildə Yıldız Texniki Universiteti Mühəndislik fakültəsinin Dəniz Memarlığı və Dəniz Mühəndisliyi fakültəsini bitirib. Özəl sektorda rəhbər vəzifələrdə çalışıb.