
BAKI, 17 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp martın 18-də Rusiya Prezidenti Vladimir Putinlə danışacaq.
Teleqrafın məlumatına görə, bu barədə Donald Tramp özü açıqlama verib.
"Rusiya ilə vəziyyətin yaxşı olduğunu düşünürəm. Biz Vladimir Putinlə torpaq və enerji stansiyalarını müzakirə edəcəyik, çünki bunlar vacib məsələlərdir", - o qeyd edib.