BAKI, 17 mart. TELEQRAF

"May ayında Azərbaycanda Əfv Sərəncamı imzalana bilər".

Bunu Teleqraf-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, sərəncamın imzası ilə bağlı dəqiq tarix hələ ki müəyyənləşməyib:

"Zaman-zaman iddialar var idi ki, sərəncam martda imzalana bilər. Ancaq hazırda Komissiyanın iclası davam edir. Düzdür, mediada martda sərəncamın olacağı yazılırdı, amma bu, baş tutmadı. İclaslar yekunlaşdıqdan sonra əfvin hansı vaxtda olacağını demək mümkündür. Hazırda müraciətlərə baxılır, proseslərin emalı gedir. Lakin nə qədər müraciət emal olunub, neçəsinə baxılacaq, onu dəqiq deyə bilmərəm. Məlum olduğu kimi, ölkə başçısı tərəfindən “Konstitusiya və Suverenlik İli” elan olunub. Bununla əlaqədar mayda sərəncam imzalana bilər".