BAKI, 17 mart. TELEQRAF

Ukrayna bütün dünyaya göstərdi ki, sülh yolunda maneə deyil. İndi top Rusiyanın meydanındadır və Moskva ABŞ-yə rəsmi cavab verməlidir.

Teleqraf xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

"Ukrayna bütün dünyaya göstərdi ki, sülh yolunda maneə olan tərəf Kiyev deyil. Ukrayna ABŞ tərəfindən irəli sürülən atəşkəs təklifini dəstəkləyərək, ədalətli sülhə nail olmaq üçün meylini göstərdi. Diplomatik növbə Rusiyanın tərəfındədir. Onlardan cavab gözləyirik, amma qeydsiz-şərtsiz cavab", - Sibiqa qeyd edib.