
BAKI, 17 mart. TELEQRAF
“Bu gün çox ağır gündür. Ənvərlə 50 ildən çox dostluğumuz olub. Ənvər Azərbaycan kinosunun incilərindəndir, böyük sənətkardır”.
Bu sözləri Xalq artisti Ötkəm İsgəndərov Teleqraf-a Xalq artisti Ənvər Həsənovla vida mərasimində deyib:
“Ənvər ömrünü kinoya həsr etdi, sonda belə bir xəstəliyə düçar oldu və dünyasını dəyişdi. Çox yaxşı aktyor idi. İnsan kimi də çox yaxşı insan idi. Onun haqqında fikirlərimi dilə gətirə bilmirəm (kövrəlir). Çox ağır itkidir. Dost itirmək lap ağırdır. Allah rəhmət eləsin”.