BAKI, 17 mart. TELEQRAF

"Soyğunçuluq Britaniya krallığının vizit kartıdır".

Teleqraf xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Telegram kanalında belə yazıb.

O, Böyük Britaniyanın keçmiş baş naziri Rişi Sunakın “çox gec olmadan” Rusiya aktivlərini müsadirə etmək çağırışını belə dəyərləndirib.

Zaxarova həmçinin Britaniya hökumətinin keçmiş rəhbərinin təklifini dəniz quldurluğu ilə müqayisə edib: “Bu, çay və at yarışları kimi ingilis ənənələrindən biridir. Fakt budur ki, İngiltərədə piratlıq qanuniləşdirilib. Dəniz quldurlarına ingilis gəmilərinə hücum etmək qadağan edildi, lakin rəqiblərinin gəmilərini soymağa icazə verilirdi - əxlaqsız əxlaq".