
BAKI, 17 mart. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirib.
Nazirlikdən Teleqraf-a verilən məlumata görə, aksiyanın keçirilməsində məqsəd ölkəmizdə ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması və ekoloji təhlükəsizliyin təmin edilməsinə töhfə verməkdən ibarət olub.
Mərkəzin ərazisində keçirilən ağacəkmə aksiyasında Qarabağ Regional Mərkəzinin şəxsi heyəti, eləcə də Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının nümayəndələri iştirak ediblər.