BAKI, 17 mart. TELEQRAF

Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24 həmçinin 29, 30 və 31 mart tarixlərində "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

Teleqraf xəbər verir ki, mərkəzlərdə 25, 26, 27, 28 mart tarixlərində isə iş günü olacaq.

1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar aprelin 7-dək fəaliyyətini qismən məhdudlaşdırılmış formada davam etdirəcək. Mərkəzin qeyd olunan müddətdəki iş rejimi barədə məlumatı https://vxsida.gov.az/az/article/2370 keçidinə daxil olmaqla əldə etmək olar.