
BAKI, 17 mart. TELEQRAF
"Azərbaycanla Ermənistan arasında sülh mətni üzrə razılığın əldə olunması vacibdir, sənədlərin imzalanması çox önəmli məsələdir".
Bu sözləri Teleqraf-a ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkət deyib.
“İndiki dəyişkən və qeyri-sabit geosiyasi mühitdə sülh sazişinin mümkün qədər tez bağlanması Azərbaycan, eləcə də bizim hər birimiz üçün çox vacibdir”, - o əlavə edib.
Qeyd edək ki, Lalə Şövkət 2021-ci ildə ürək əməliyyatı keçirib və hazırda ev şəraitində müalicəsi davam edir.
1951-ci il noyabrın 7-də Bakı şəhərində anadan olan Lalə Şövkət (Lalə Hacıyeva) 1993-cü il iyulun 7-dən 1994-cü il yanvarın 29-dək Dövlət katibi vəzifəsində çalışıb. 1995-2023-cü illərdə isə o, Azərbaycan Liberal Partiyasının sədri olub.