BAKI, 17 mart. TELEQRAF

Rusiya qüvvələri Sumı vilayəti ilə sərhəddən Ukrayna ərazisinə soxulmaq üçün müxtəlif taktikalardan istifadə edirlər.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinin rəhbəri Andrey Demçenko məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın sərhəddə həm hücum, həm də təxribat qrupları fəaliyyət göstərirlər: “Düşmən ərazimizə soxulmaq üçün müxtəlif taktikalardan istifadə edir”.

Demçenko vurğulayıb ki, Ukrayna ərazisində daxil olan qruplar yerindəcə məhv edilir.