BAKI, 17 mart. TELEQRAF

Avropa İttifaqının (Aİ) yeni - 16-cı sanksiyalar paketi çərçivəsində daha 11 Rusiya bankı və iki qeyri-bank kredit təşkilatı üçün SWIFT-ə giriş qadağası martın 17-dən qüvvəyə minir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya saytları məlumat yayıb.

Bu siyahıya "Ak Bars", "Uralsib", "Bank Toçka", Milli Ehtiyat Bankı, Roseksimbank, "Bank Sinara" və başqaları daxildir.