BAKI, 16 mart. TELEQRAF

Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti Papanın xəstəxanaya yerləşdirilməsindən sonra ilk dəfə onun fotosunu dərc edib.

Teleqraf xəbər verir ki, şəkil martın 16-da səhər pontifik otağının yaxınlığındakı kilsədəki ibadətdən sonra dua edərkən çəkilib.

Fotoşəkildən göründüyü kimi, o, əlil arabasında oturub, arxaya dönərək çarmıxa baxır.

Vatikindan bildiriblər: "Fransisin vəziyyəti stabil olaraq qalır, terapiya, həmçinin tənəffüs və hərəkət fizioterapiyası davam etdirilir".

Xatırladaq ki, 88 yaşlı Papa fevralın 14-də tənəffüs yolu infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.