BAKI, 17 mart. TELEQRAF

Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaların tətbiq müddətini 2028-ci ilə qədər uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə müvafiq sərəncam Yeni Zelandiya Xarici İşlər Nazirliyi tərəfindən elan olunub. .

Nazirlik tərəfindən verilən məlumata görə, Yeni Zelandiya hökuməti 17 mart 2025-ci ildə başa çatan sanksiyaların müddətini üç il uzadıb.

Qeyd edək ki, mart 2022-dən etibarən Yeni Zelandiya hökuməti Rusiyaya qarşı 35-dən çox məhdudiyyət tətbiq edib. Bu müddət ərzində ticarət, maliyyə və digər sahələrdə 1,8 minə yaxın Rusiya vətəndaşına sanksiyalar qoyulub. Bunlar arasında Rusiya Prezidenti Vladimir Putin, hökumət üzvləri, Təhlükəsizlik Şurası rəhbərliyi, Dövlət Duması və Federasiya Şurası deputatları, qubernatorlar, iş adamları və sahibkarlar da yer alıb.