BAKI, 17 mart. TELEQRAF

Rüşvət almaqda təqsirli bilinən Çin Təyyarə İstehsalat Korporasiyası (AVIC) İdarə Heyətinin keçmiş rəhbəri Tan Juysun həbs olunub.

Teleqraf xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Cinayət işinin təfərrüatları açıqlanmır. Keçmiş məmurla bağlı istintaqın yekunlaşdığı və iş materiallarının əlavə araşdırma üçün prokurorluğa göndərildiyi bildirilir. Tan Juysun rüşvət almaqda və korrupsiyada şübhəli bilinir.

Qeyd edək ki, Çində korrupsiyaya qarşı mübarizə 2012-ci ildə Prezident Si Cinpinin hakimiyyətə gəlməsi ilə gücləndirilib. Son bir neçə ildə genişmiqyaslı antikorrupsiya kampaniyası nəticəsində yüksək səviyyəli məmurlar, iri şirkətlərin rəhbərləri və sıravi dövlət qulluqçuları tutduqları vəzifələrdən azad edilərək, həbs olunublar.