.jpg)
BAKI, 17 mart. TELEQRAF
“Place publique” (İctimai Yer) partiyasının qurultayında çıxışı zamanı Avropa Parlamentinin üzvü Rafael Qlüksman ABŞ-dən Azadlıq heykəlini Fransaya qaytarmağı tələb edib.
Teleqraf xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Qlüksman deyib: "Biz onu sizə verdik, amma deyəsən, siz ona xor baxırsınız" .
Deputat çıxışı zamanı ABŞ-ı Rusiya ilə yaxınlaşmaqda ittiham edib və Amerika lideri Donald Trampın bir sıra qərarlarını pisləyib.
Azadlıq heykəli fransız əsilli Ogüst Bartoldi tərəfindən yaradılıb və 28 oktyabr 1886-cı ildə ABŞ-a təqdim edilib.