BAKI, 16 mart. TELEQRAF

Pakistanda sərhədçi avtobus karvanına hücum olub.

Teleqraf xəbər verir ki, terror hadisəsi nəticəsində azı 12 pakistanlı hərbçi həlak olub, 26-sı isə yaralanıb.

İnsident kamikadze tərəfindən əldəqayırma qurğudan istifadə etməklə həyata keçirib.

Hərbçilərin cavab atəşi nəticəsində iki terrorçu məhv edilib. Ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

Hücuma görə məsuliyyəti “Bəlucistan Azadlıq Ordusu” terror təşkilatı öz üzərinə götürüb.