
BAKI, 17 mart. TELEQRAF
Səudiyyə Ərəbistanında “əxlaqsız hərəkətlər” etməkdə təqsirləndirilən 50-dən çox adam həbs edilib.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” nəşri xəbər yayıb.
Məlumata görə, həbs olunanlar arasında onlarla xarici ölkə vətəndaşları var.
Saxlanılanlar fahişəlikdə və dilənçilikdə şübhəli bilinir. Onlar masaj salonlarında “əxlaqsızlıq” törətdiklərinə, qadın və uşaqları küçələrdə dilənməyə məcbur etdiklərinə görə həbs olunublar.