BAKI, 16 mart. TELEQRAF

Rusiya Fövqəladə Hallar Nazirliyinin nazir müavini Roman Kurinin Donbasdan ezamiyyətdən qayıdarkən Tula vilayətində yol qəzası keçirib.

Teleqraf xəbər verir ki, bu barədə nazirlikdən xəbər verilib.

Məlumatda deyilir: "Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun göstərişi ilə nazir müavini Roman Kurinin Donetsk Xalq Respublikasında (qondarma Donetsk Xalq Respublikasında - red. ) işgüzar səfərdə olub. Moskvaya qayıdarkən Tula vilayətində, M-4 "Don" magistralında xidməti avtomobil qəzaya uğrayıb".

Qəza nəticəsində xəsarət alan olmayıb, heç kəs xəstəxanaya yerləşdirilməyə ehtiyac duymayıb.

Qeyd edək ki, nazir müavini az öncə bu məlumatı təkzib etmişdi.

***

19.00

Rusiya Fövqəladə hallar nazirinin müavini Roman Kurininin Tula vilayətində yol-nəqliyyat qəzasına düşdüyü iddia edilir.

Teleqraf xəbər verir ki, bu barədə “112” teleqram kanalı öz mənbəsinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, fövqəladə hadisə M-4 "Don" avtomobil yolunun 235-ci kilometrliyində baş verib. Qəza nəticəsində Kurinin və bir neçə nəfərin olduğu avtomobil aşıb.

Öz növbəsində nazir müavini qəza ilə bağlı məlumatı şərh etməyib və "hələ danışa bilmədiyini" deyib.

Nazir müavini özü isə "Qazeta.ru"ya açıqlamasında məlumatı təkzib edib: "Bu, həqiqətəuyğun deyil. İnformasiyanı hardan aldıqlarını bilmirəm".