BAKI, 17 mart. TELEQRAF

"Avropa siyasətçilərinin Ukraynada qondarma “sülhməramlılar” kimi hərbi kontingenti yerləşdirmək istəyi Rusiya ilə Şimali Atlantika Alyansı arasında müharibəyə bərabər olardı".

Teleqraf xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev avropalı siyasətçilərin müvafiq bəyanatlarını şərh edərkən belə deyib.

O bildirib: “Makron və Starmer özlərini axmaqlığa qoyublar. Onlara dönə-dönə deyirlər ki, sülhməramlılar (Ukraynada) NATO ölkələrindən olmamalıdır. Amma yox, biz ora on minlərlə əsgər göndərəcəyik”.

Medvedev X sosial şəbəkəsində belə yazıb.