BAKI, 16 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Ukraynadakı müharibə ilə bağlı mühüm açıqlama verib.

Teleqraf xəbər verir ki, o, ABŞ lideri Tramp və Rusiya Prezidenti Vladimir Putinin bu həftə görüşəcəklərinin gözlənildiyini bildirib.

"Reuters"in məlumatına görə, Uitkoff ABŞ-nin danışıqlar qrupunun bu həftə Ukrayna və Rusiya tərəfləri ilə danışıqlar aparacağını deyib.

O qeyd edib: "Ümid edirəm ki, Rusiya-Ukrayna müharibəsinin sona çatması ilə bağlı real irəliləyişi görəcəyik".