BAKI, 17 mart. TELEQRAF

Rusiyalı güləşçi Dmitri Baborıko dopinqdən istifadə etdiyinə görə iki il müddətinə diskvalifikasiya olunub.

Teleqraf xəbər verir ki, 22 yaşlı idmançının 2024-cü ilin oktyabrında yunan-Roma güləşi üzrə U-23 dünya çempionatının final görüşündən öncə verdiyi dopinq nümunəsində qadağan edilmiş maddə aşkarlanıb.

Baborıko mundialın həlledici qarşılaşmasında iranlı Fardin Hedayata məğlub olub. O, 130 kq çəki dərəcəsində qazandığı gümüş medaldan məhrum edilib.

Dmitri Baborıko 2024-cü il dekabrın 20-dən 2026-cı il dekabrın 19-dək diskvalifikasiya edilib. Onun 2024-cü ilin oktyabrın 23-dən dekabrın 20-dək əldə etdiyi bütün nəticələri ləğv edilib.