BAKI, 17 mart. TELEQRAF

ABŞ-nin Yəmənə endirdiyi zərbələr nəticəsində 53 nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə BBC Husi hərəkatının səhiyyə rəsmisinə istinadən məlumat yayıb.

Hadisə qurbanlarından 5-nin uşaq, 2-nin isə qadın olduğu açıqlanıb. Daha 98 nəfər isə xəsarət alıb.

Baş verənlərə münasibət bildirən rəsmi Vaşinqtonun hücumu zamanı qiyamçıların bəzi vacib fiqurlarının məhv edildiyini bildirib.

Qarşı tərəf isə bu məlumatı təkzib edib.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Yəmənə endirilən zərbələr Qırmızı dənizdəki gəmilərə husilər tərəfindən təşkil olunan hücumlara cavab olaraq həyata keçirilib.

Qiyamçılar isə Vaşinqtonun hücumları davam etdirdiyi müddətdə Qırmızı dənizdə ABŞ gəmilərini hədəf almağa davam edəcəklərini bəyan ediblər.