
BAKI, 17 mart. TELEQRAF
Xalq artisti Ənvər Həsənovla vida mərasimi başa çatıb.
Teleqraf xəbər verir ki, Bakının Sabunçu rayonunun Buzovna qəsəbəsində - mərhumun evində keçirilən vida mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, Ə.Həsənovun yaxınları, dostları iştirak ediblər.
Mərasim bitdikdən sonra Xalq artistinin cənazəsi Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlığa aparılıb.
Ə.Həsənov vəsiyyətinə uyğun olaraq, həyat yoldaşı Möminat Qurbanovanın məzarı yanında torpağa tapşırılıb.
***
12:31
Xalq artisti Ənvər Həsənovla vida mərasimi keçirilir.
Teleqraf xəbər verir ki, xalq artisti Ənvər Həsənovun Şüvəlan qəsəbəsində evində baş tutan vida mərasiminə Mədəniyyət Nazirliyi və Azərbaycan Kinostudiyası tərəfindən gül çələngi göndərilib.
***
10:34
BAKI, 17 mart. TELEQRAF
Ötən gün vəfat edən xalq artisti Ənvər Həsənovun Şüvəlan qəsəbəsində yerləşən evində vida mərasimi keçirilir.
Teleqraf xəbər verir ki, mərhumla vida mərasimində yaxınları və sənət dostları iştirak edirlər.
Mərhum xalq artisti vəsiyyətinə əsasən Buzovna qəbiristanlığında həyat yoldaşı aktrisa Mömünat Qurbanovanın yanında dəfn olunacaq.