BAKI, 16 mart. TELEQRAF

ABŞ-də viza üçün müraciət edərkən narkotik istifadəsi ilə bağlı məlumatları gizlədən Böyük Britaniya şahzadəsi Harrinin məhkəmə işinə yenidən baxılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Nəşr yazır: “Məhkəmə qərar verib ki, Sasseks hersoqunun ABŞ vizası üçün müraciəti ilə bağlı sənədlər çərşənbə axşamınadək (18 mart - red.) ictimaiyyətə açıqlanmalıdır”.

Bir sıra Amerika KİV-lərinin məlumatına görə, şahzadə Harrinin işinin materialları dərc edildikdən sonra onun Amerikadan deportasiya olunma və hətta həbs cəzası alma ehtimalı yüksəkdir. O da qeyd edilir ki, sənədlərin yalnız redaktə edilmiş variantı ictimaiyyətə nümayiş etdiriləcək.